Hamilə olan aktrisanı özündən 48 yaş böyük əri döyüb

Yazar Onur Akay Meltem Miraloğlu ilə bağlı növbəti iddialar irəli sürüb

Yazar Onur Akay Meltem Miraloğlu ilə bağlı növbəti iddialar irəli sürüb.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yazar özündən 48 yaş böyük amerikalı ilə evlənən Meltemin hamilə olduğunu bildirib. O, eyni zamanda Meltemin aktrisa olmaq üçün Hollivuda getmək istədiyinə görə, 82 yaşlı həyat yoldaşı tərəfindən döyüldüyünü açıqlayıb.

Yazarın Meltemle bağlı növbəti köşə yazısındakı şahidlərin sözlərinə görə, hadisə 8 gün əvvəl, avqustun 3-də baş verib.

Messi və Ronaldu: Hər iki futbol dahisi ilə komanda yoldaşı olan futbolçular - SİYAHI

Şahidlərin iddialarına görə, Patrik "Bir daha aktrisa olmaqdan və Hollivuda getməkdən söz açsan, səni Türkiyəyə göndərəcəyəm" deyərək Meltemi evin bağçasında xortumla döyüb. Patriki sakitləşdirmək istəyən qonşular Məltəmin dəfələrlə "Məni vurma, hamiləyəm" dediyini eşitdiklərini açıqlayıblar.

Hadisədən sonra Meltemin Patrikə əmisi oğlu olaraq tanış etdiyi sevgilisinin yanına getdiyi və qısa vaxtdan sonra evə qayıtdığı bildirilib.

Şahidlər Meltemin psixoloq sevgilisi Conla görüşməsi iddiaları ilə yanaşı, uşağın kimdən olduğunu da sual ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31