SON DƏQİQƏ- Ölən və itkin düşənlər var
Türkiyənin şimalında yerləşən Bartın əyalətinin Ulus rayonunda sel suları bəzi ərazilərdə körpüləri aşırıb, yolları dağıdıb.
11 Avqust 2021 11:48 DünyaTürkiyənin şimalında yerləşən Bartın əyalətinin Ulus rayonunda sel suları bəzi ərazilərdə körpüləri aşırıb, yolları dağıdıb.Olaylar.az "TRTHaber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə itkin düşüb.Məlumata görə, xilasedicilər Yenixan kəndində evlərdə çıxılmaz vəziyyətdə qalan 20 nəfəri xilas ediblər.Rayon ərazisində bir neçə yerdə torpaq sürüşməsi də baş verib. Bu səbəbdən Bartın-Karabük avtomobil yolu Yenixan kəndində gediş-gəliş üçün bağlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31