Məşhur smartfon istehsalçısı robot it təqdim etdi – FOTO
Çinin texnoloji nəhəngi “Xiaomi” yeni dördayaqlı məhsulunu təqdim edib
10 Avqust 2021 23:54 DünyaÇinin texnoloji nəhəngi "Xiaomi" yeni dördayaqlı məhsulunu təqdim edib.
Bu barədə "The Verge" internet-jurnalı yazıb.
"CyberDog" adlı robot-it saatda 12 km/saat sürətlə gəzə və geriyə salto tullanışı edə bilir. Çəkisi 3 kq olan robot kameralar, sensorlar, GPS modul və "balıq gözü" adlanan genişbucaqlı obyektivlə təchiz olunub.
Robot ABŞ-ın "Nvidia" şirkətinin "Jetson Xavier" süni intellekti bazasında hazırlanıb. "CyberDog"un qiyməti 1540 dollardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31