İranda koronavirusdan ölənlərin sayı 95 mini keçib

İranda ötən sutka ərzində ötən sutka ərzində 39 139 nəfər koronavirusa yoluxub, 508 nəfər ölüb.

İranda ötən sutka ərzində ötən sutka ərzində 39 139 nəfər koronavirusa yoluxub, 508 nəfər ölüb.

Olaylar.az xəbər verir ki, modern.az-ın məlumatına görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 95 111 nəfərə yüksəlib.

İnfeksiyaya yoluxanların ümumi sayı isə 4 238 676 nəfərə çatıb.

Ümumilikdə, İranda 16,7 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 13,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3,27 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 336 rayon qırmızı, 84 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31