Papaya ŞOK MƏKTUB
Dünya katoliklərinin ruhani lideri Papa Frensiskə içində üç güllə olan məktub göndərildiyi iddia olunub.
10 Avqust 2021 13:42 DünyaDünya katoliklərinin ruhani lideri Papa Frensiskə içində üç güllə olan məktub göndərildiyi iddia olunub.
Olaylar.az teleqraf.coma istinadən xəbər verir ki, bu barədə "Röyter" məlumat yayıb.
Papaya içində üç ədəd 9 millimetrlik güllə və Vatikanda maliyyə əməliyyatlarına dair qeydlər olan məktub göndərilib. Poçtda paketləri və zərfləri sıralayan işçilər məktub barədə Vatikan rəsmilərini məlumatlandırıblar.
Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.
Milanda nəşr olunan "Affaritaliani" adlı qəzet zərfdə Fransanın poçt markasının olduğunu iddia edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31