Azərbaycan əsilli gülüş ustası Moskvada 10 sutkalıq həbs edildi – VİDEO
Moskvanın Taqansk rayon məhkəməsi Azərbaycan əsilli gülüş ustası İdrak Mirzəlizadənin 10 sutkalıq həbs olunmasıyla bağlı qərar qəbul edib
9 Avqust 2021 20:03 DünyaMoskvanın Taqansk rayon məhkəməsi Azərbaycan əsilli gülüş ustası İdrak Mirzəlizadənin 10 sutkalıq həbs olunmasıyla bağlı qərar qəbul edib.
"RİA Novosti" xəbər verir ki, stendap-komik milli zəmində düşmənçilik yaratmaqda günahlandırılıb.
Məhkəmədə Mirzəlizadə onun zarafatının yanlış anlaşıldığını və buna görə üzr istədiyini bildirib.
Qeyd edək ki, həmyerlimiz "Stand-up Club № 1" layihəsinin prodüseri və bir neçə şou verilişinin aparıcısı kimi tanınır. Onun həbsinə səbəb çıxışından kəsilərək "Instagram"da paylaşılan bir fraqment olub.
Görüntülərdə komik "deyəsən ruslar nəcisi özlərinə sürtüb, sonra yatırlar", - deyə bildirib. Məhz bu videonu Vladimir Solovyov öz verilişində nümayiş etdirərək, Mirzəlizadəni rusofob kimi təqdim edib. Hərçənd ki, Mirzəlizadə onun sözlərinin kontekstdən çıxarıldığını və bunun üçün də yalnış anlaşıldığını vurğulayıb.