Ermənistanda 30-dan çox adam kanatın kabinəsində asılı vəziyyətdə qalıb

Ermənistanın Sünik bölgəsində uzunluğu 5,7 kilometr olan kanat xətti elektrikin kəsilməsi səbəbdən dayanıb

Ermənistanın Sünik bölgəsində uzunluğu 5,7 kilometr olan kanat xətti elektrikin kəsilməsi səbəbdən dayanıb.

APA xəbər verir ki, kanatdan asılı qalan kabinələrdə 30-dan çox ziyarətçi var.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Faktı təsdiqləyib.

Qeyd edilib ki, hadisə vaxtı kabinələrdən birində 20-22, digərində isə 10-15 nəfər olub.

Kanatda hərəkət dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31