Latviyada təyyarə qəzaya uğrayıb: Ölən və xəsarət alan var
Latviyada şəxsi təyyarə qəzaya uğrayıb
8 Avqust 2021 19:38 DünyaLatviyada şəxsi təyyarə qəzaya uğrayıb.
"RİA Novosti" ölkənin Mülki Aviasiya İdarəsinə istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarənin pilotu həlak olub, sərnişin isə müxtəlif xəsarətlər alıb.
Məlumata əsasən, nəqliyyat vasitəsinin göyərtəsində cəmi iki nəfər Latviya vətəndaşı olub.
Qəzanın başvermə səbəbləri aydınlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31