Yoluxmaların sayının artması polislə toqquşmalara səbəb oldu
Mindən çox Tailand vətəndaşı hökumətin koronavirusla mübarizə siyasətini uğursuz hesab edərək aksiya keçirib. Aksiyaçılar bildirir ki, hökumətin zəif siyasəti yoluxmaların sayını artırıb və bu iqtisadiyyata mənfi təsir edib
7 Avqust 2021 21:49 DünyaMindən çox Tailand vətəndaşı hökumətin koronavirusla mübarizə siyasətini uğursuz hesab edərək aksiya keçirib. Aksiyaçılar bildirir ki, hökumətin zəif siyasəti yoluxmaların sayını artırıb və bu iqtisadiyyata mənfi təsir edib.
"Ölkə.az" "Reuters"ə istinadən xəbər verir ki, hökumət evi istiqamətində yürüşə cəhd edən nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Nümayişçilərin qarşısını almaq üçün su şırnaqları, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edilib
Eyni zamanda nümayişçilər polisə daş və müxtəlif zərərverici maddələr atıb.
Toqquşmalar nəticəsində bir neçə nəfər yaralanıb.
Qeyd edək ki, 66 milyon əhalisi olan Tailandda insanları sadəcə 6 faizi vaksinasiya edilib.