Saakaşvili: “Putin məni Gürcüstana qayıtmağa qoymur”

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiya prezidenti Putini vətənə qayıtmasına mane olmaqda ittiham edib

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiya prezidenti Putini vətənə qayıtmasına mane olmaqda ittiham edib.

Demokrat.az xəbər verir ki, bu barədə eks-prezident sosial şəbəkədə yazıb. Saakaşvili əmindir ki, Kreml hesab edir ki, əgər o qayıtsa bu ölkənin sürətli inkişafına səbəb olacaq.

"Mənə qarşı olan bu təqiblər birbaşa Putinin sifarişi ilə təşkil olunur"-deyə Saakaşvili yazıb.

O, sona qədər mübarizə aparacağını vurğulayıb.

Xatırladaq ki, oktyabrın 2-də Gürcüstanda şəhər merləri vəzifəsinə və şəhər şuralarına deputat seçkiləri keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31