Türkiyədə Akçaova qəsəbəsində yanğın şiddətlənib, Azərbaycan FHN-in rəsmiləri hadisə yerindədir - FOTO
Türkiyənin Aydın şəhərinin Çine rayonunun Akçaova qəsəbəsində baş verən yanğın şiddətlənib
7 Avqust 2021 19:39 DünyaTürkiyənin Aydın şəhərinin Çine rayonunun Akçaova qəsəbəsində baş verən yanğın şiddətlənib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri əraziyə cəlb olunublar. Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev əraziyə gəlib və əməliyyata rəhbərlik edir. Həmçinin FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qərargah rəisi, general-mayor Məhərrəm Həsənov da yanğın baş verən əraziyə gəlib.
Artıq əraziyə FHN-ə məxsus texnikalar da cəlb olunub. Onlar yanğının qarşısının alınması istiqamətində tapşırıqları icra edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

