“Artsax”ın onlar üçün maraq kəsb etmədiyini dünyaya göstərdilər” - Badalyan

“Ermənistan parlamentində “Artsax” məsələləri üzrə komissiyanın yaradılması hakim qüvvə üçün təhlükəlidir”

"Ermənistan parlamentində "Artsax" məsələləri üzrə komissiyanın yaradılması hakim qüvvə üçün təhlükəlidir".

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri siyasi strateq Armen Badalyan səsləndirib. O bildirib ki, "Artsax məsələləri üzrə daimi parlament komissiyasının yaradılması hakim qüvvə üçün təhlükəlidir, çünki onun siyasəti "Artsax"ı unutmaqdır:

"Bu komissiya insanlara "Artsax" haqqında hər zaman xatırladacaqdı. Bu isə hakimiyyətin xarici siyasət doktrinasına zidd olardı. Ona görə də, bu komissiyanı yaratmaq istəmədilər. Beləliklə də "Artsax"ın onlar üçün maraq kəsb etmədiyini dünyaya göstərdilər. "Artsax" sakinlərinə isə anlamaq şansı yaratdılar, özünüz öz başınızın çarəsinə baxın və özünüzü qoruyun dedilər" - Badalyan fikirlərini tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31