Hindistanda musson yağışlar 23 nəfərin həyatına son qoyub
Hindistanın şərqindəki Qərbi Benqal ştatında yağan aramsız musson yağışları və su anbarının daşması nəticəsində azı 23 nəfər həyatını itirib
6 Avqust 2021 23:12 DünyaHindistanın şərqindəki Qərbi Benqal ştatında yağan aramsız musson yağışları və su anbarının daşması nəticəsində azı 23 nəfər həyatını itirib.
Bu barədə ANI agentliyi məlumat yayıb.
"Purba-Bardhaman, Paşçim-Bardhman, Paşçim-Medinpur və ştatın digər dörd bölgəsində vəziyyət kritik olaraq qalır. Bu ərazilərdə yaşayan sakinlərə təcili olaraq yardımlar göndərilir", - agentlik yerli rəsmilərə istinadən xəbər verib.
Fəlakət bölgəsinə Hindistan ordusunun quru qoşunları və Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər cəlb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31