Türkiyə yanğınlara qalib gəlir - İlk yanğın ocağı söndürüldü
“Türkiyənin Antalya şəhərində yanğınlar nəzarət altına alınıb”
6 Avqust 2021 22:46 Dünya"Türkiyənin Antalya şəhərində yanğınlar nəzarət altına alınıb".
Bu barədə Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdemirli açıqlama verib. O bildirib ki, Manavgat və Gündoğmuş rayonlarında artıq soyutma işləri aparılır.
Qeyd edək ki, Türkiyədə 10 gün əvvəl yanğınların ilk başladığı rayon Manavgat olub. Yanğınlar Manavgatda ciddi fəsadlar törədib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31