Olimpiya Oyunlarının bağlanış günü Tokioda tropik fırtına gözlənilir

Avqustun 8-də - Olimpiya Oyunlarının bağlanış günü Tokioda tropik fırtına gözlənilir

 

Avqustun 8-də - Olimpiya Oyunlarının bağlanış günü Tokioda tropik fırtına gözlənilir.

Mk.ru-nun məlumatına görə, bu barədə "Tokio-2020" Təşkilat Komitəsinin spikeri Masa Takaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Oyunların təşkilat komitəsi vəziyyəti yaxından izləyir.

"Gözlənilməz vəziyyətlərə hazırıq, amma indi fırtınanın bağlanış mərasiminə təsiri haqqında ciddi danışmaq istəməzdim, çünki bu yolla ətrafımızda spekulyasiyaya səbəb ola bilərik", - deyə Takaya əlavə edib.

O, söhbətin tayfundan deyil, dağıdıcı gücü daha aşağı olan tropik fırtınadan getdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31