SON DƏQİQƏ- Ermənistan parlamentində Qarabağ komissiyası yaradılır...
Ermənistan parlamentində “Qürurluyam”, və “Ayastan” müxalif fraksiyaları təklif ediblər ki, parlamentdə Dağlıq Qarabağ məsələləri üzrə komissiya yaradılsın.
6 Avqust 2021 16:24 DünyaErmənistan parlamentində "Qürurluyam", və "Ayastan" müxalif fraksiyaları təklif ediblər ki, parlamentdə Dağlıq Qarabağ məsələləri üzrə komissiya yaradılsın.
Məlum olub ki, bu komissiya Xankəndi ilə koordinasiya məsələləri ilə məşğul olacaq, eyni zamanda siyasi, sosial, hərbi, diplomatik və başqa sferalarda separatçı rejimlə birgə fəaliyyət göstərəcək. Təklifi irəli sürən parlamentari "Qarabağ problemi gündəlik rejimdə müzakirə olunmalıdır" deyib.
Müxalif fraksiyaların nümayəndələri hesab edir ki, yaradılan komissiya delimitasiya təcrübəsini öyrənməli və bu təcrübədən Ermənistanla Azərbaycan arasında, eyni zamanda "Dağlıq Qarabağ və Azərbaycan arasında olan sərhədlərin müəyyənləşməsində istifadə olumalıdır".
Deputat Ayk Mamicanyan: " Dağlıq Qarabağla əlaqədar bütün profil komissiyalar, bu işlə məşğul olmalıdır. Bu bütün ölkə vətəndaşlarına aiddir-deputatdan əsgərə kimi"-deyib.
O, həmçinin qeyd edib ki, bu komissiya beynəlxalq ictimaiyyətə ciddi mesaj olacaq.
P.S. Gördüyünüz kimi məğlub Ermənistan hələ də Qarabağ iddiasından əl çəkməyib və "Dağlıq Qarabağla Azərbaycan arasında sərhəd" ifadəsini işlədirlər. Reallıqda da belə bir qanunsuz sərhəd mövcuddur, yəni Azərbaycan hələ ərazi bütövlüyünü tam təmin etməyib və Xankəndinə nəzarətimiz yoxdur. Elə bu səbəbdən də yad parlament bizim daxili işimizə sadəcə qarışmır, iradəsini yeritməyə çalışır. Bizim cavabımız parlament səviyyəsində deyil, sərt diplomatik addımlarla olmalıdır. Real addım ilk növbədə düşmənə, sonra da dünyaya ən yaxşı mesaj olacaq (moderator)