Buryatiyada 25 sərnişin olan avtobus aşıb
6 Avqust 2021 13:16 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Respublika Mülki Müdafiə və Fövqəladə Hallar Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, Buryatiyanın Baykal bölgəsində, Pıxta keçidində 25 sərnişini olan avtobus yol qəzasına uğrayıb.
"Pıxta keçidində avtobusun qəzaya uğraması ilə bağlı xəbər var idi. İlkin məlumatlara görə, avtobus aşıb, içəridə 25 nəfər olub", - departamentin sözçüsü bildirib.
"Avtobusla baş verən qəza nəticəsində 14 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib", - TASS -ın təcili xidmətdəki mənbəsi bildirib.
Zərərçəkənlər yüngül xəsarət alıblar, Respublika Klinik Xəstəxanasına və Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31