"Deltaya hətta vaksin olunanlar da yoluxur...." - DÜNYA ŞOKDA

İngilis alimləri koronavirus infeksiyasına qarşı peyvəndlərin effektivliyinin azaldığını elan ediblər.

İngilis alimləri koronavirus infeksiyasına qarşı peyvəndlərin effektivliyinin azaldığını elan ediblər.

Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg yazıb. Mütəxəssislərin fikrincə, hazırda koronavirusun adi variantlarına qarşı mövcud olan peyvəndlər "delta" ştammına qarşı aşağı effektivlik göstərir. Virus yalnız peyvənd olunmayanlar arasında deyil, həm də artıq peyvənd edilmişlər arasında da aktiv şəkildə yayılır.

Alimlərin fikrincə, ölkədə peyvəndlərin effektivliyi 64 faizdən 49-a, peyvəndin insanları müxtəlif növ COVID-19-dan qorumaq qabiliyyətinin səviyyəsi 83-dən 59 faizə düşüb. Bu səbəbdən araşdırmanın müəllifləri, ölkələrin koronavirus mutasiyalarına qarşı yeni peyvəndlər hazırlamağa başlamaları lazım olduğunu vurğulayırlar, çünki xəstələrə mövcud peyvəndlər verildikdən sonra istehsal olunan antikorlar daha az təsirli olur.(metbuat.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31