Oğlunun “WhatsApp”da paylaşdığı bu görüntü atasının ölümünə SƏBƏB OLDU – FOTO
Bursada 46 yaşlı Yasin Dere adlı şəxs iş yerində silahla vurularaq qətlə yetirilib
5 Avqust 2021 19:16 DünyaBursada 46 yaşlı Yasin Dere adlı şəxs iş yerində silahla vurularaq qətlə yetirilib.
Unikal.org xəbər verir ki, şəxsin ölümünə səbəb olan 3 nəfər isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məlum olub ki, qohum olan şəxslər arasında qan davası varmış. Belə ki, Yasinin oğlu "Whatsapp" üzərindən atasının iş yerinin ünvanını paylaşıb. Bunu görən qohumlar yeri təyin etdikdən sonra əraziyə yollanıblar.
Nə olduğunu anlamayan Yasin 3 silahlı şəxsin hücumuna məruz qalıb. O, yerindəcə keçinib. Əraziyə aidiyyatı qurumlar cəlb olunub. Şəxslər həbs olunaraq, barələrində qətimkan tədbiri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31