Rihanna rəsmən milyarder oldu
Bütün dünyada Rihanna kimi tanınan Robin Rianna Fenti rəsmən milyarder olub
4 Avqust 2021 20:07 DünyaBütün dünyada Rihanna kimi tanınan Robin Rianna Fenti rəsmən milyarder olub.Bu barədə "Forbes" məlumat yayıb.
Məlumata görə, hazırda müğənninin sərvəti 1.7 milyard dollar təşkil edir.
Bu sərvətlə Rihanna dünyanın ən varlı musiqiçi qadınına çevrilib.
Məşhurun öz sərvətinin xeyli hissəsini (1.4 milyard dollar) 2017-ci ildə əsasını qoyduğu "Fenty Beauty" kosmetika şirkəti sayəsində əldə etdiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31