Türkiyədə isti və küləkli hava yanğınları şiddətləndirib – FOTO

Türkiyənin altı bölgəsində 13 meşə yanğını ilə mübarizə davam edir.

Türkiyənin altı bölgəsində 13 meşə yanğını ilə mübarizə davam edir.

Bu barədə ölkənin əkin və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli özünün "Twitter" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, hazırda yanğınların lokallaşdırılması işinə 16 təyyarə, 9 PUA, 51 helikopter, minə yaxın digər texnika və 5200 yanğınsöndürən cəlb edilib.

Bütövlükdə isə son 6 gündə 32 bögədə 137 yanğın ocağı nəzarət altına alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31