Türkiyədə rus turistləri daşıyan avtobus aşdı: Üç ölü, 16 yaralı
Yanğınların davam etdiyi Antalyanın Manavqat bölgəsində daha bir faciə yaşanıb
2 Avqust 2021 20:59 DünyaYanğınların davam etdiyi Antalyanın Manavqat bölgəsində daha bir faciə yaşanıb.
Türkiyə KİV-də yayılan məlumatlara görə, Rusiyalı turistləri daşıyan avtobusun aşması nəticəsində üç nəfər ölüb, 16 nəfər yaralanıb.
Hava limanına gedən avtobusun öncə yol kənarındakı baryerlərə çırpıldığı, daha sonra isə qarşı yola çıxaraq aşdığı bildirilib.
Hazırda qəza yerində polis və həkim briqadaları çalışır.
Yaralıların xəstəxanaya çatdırıldığı qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31