Türkiyədə meşə yanğınlarıyla bağlı son vəziyyət açıqlanıb – FOTO

Azərbaycanlı mütəxəssislərin də iştirakı ilə Türkiyədə meşə yanğınlarına qarşı mübarizə davam etdirilir

Azərbaycanlı mütəxəssislərin də iştirakı ilə Türkiyədə meşə yanğınlarına qarşı mübarizə davam etdirilir.

Son məlumata görə, hazırda ölkənin dörd bölgəsində 9 yanğın ocağının lokallaşdırılması üçün lazımi tədbirlər görülür.

Bu barədə Türkiyənin əkin və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli özünün "Twitter" səhifəsində paylaşım edib.

Nazir ötən 6 gün ərzində 138 meşə yanğını ocağının müşahidə olunduğunu, onlardan 129-nun nəzarət altına alındığını, hal-hazırda Antalya, Sparta, Dənizli və Muğlada yanğınlarla mübarizənin davam etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31