Türkiyədən sonra daha iki ölkədə ŞİDDƏTLİ YANĞINLAR başladı - Sakinlər evlərindən qaçır
2 Avqust 2021 16:30 DünyaTürkiyədən sonra Yunanıstan və İtaliyada da şiddətli yanğınlar müşahidə olunur.
Metbuat.az xəbər verir ki, Yunanıstanın qərbində baş verən yanğın təhlükəsi ilə bağlı 5 kənd boşaldılıb. 8 nəfər xəsarət alıb. Hələlik alovu nəzarət altına almaq mümkün olmayıb. İtaliyanın isə cənub bölgələrində meşə yanğınları davam edir.
Təbii fəlakət əsasən Siciliya adasında fəsadlar törədib. Bölgədə 800-ə yaxın yanğın ocağı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31