Ermənistanda “Delta” və “Britaniya” ştammları aşkar olundu

Ermənistanda koronavirusun “Delta” və “Britaniya” ştammlarına yoluxma halları aşkar olunub

Ermənistanda koronavirusun "Delta" və "Britaniya" ştammlarına yoluxma halları aşkar olunub.

Bu haqda məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Məlumatda qeyd olunur ki, COVİD-19 infeksiyası üçün test nümunələrinin molekulyar-genetik tədqiqatı həyata keçirilib.

"Tədqiqat zamanı araşdırılan 30 nümunədən 4-də "Britaniya", 25-də isə "Delta" ştammı aşkarlanıb", - deyə nazirliyin məlumatında vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31