Taylandda avtomobillərlə etiraz aksiyası keçirilib
Banqkokda Taylandın Baş naziri Prayut Çan-Oça və onun hökumətinin pandemiya siyasəti əleyhinə etiraz aksiyası keçirilib.
2 Avqust 2021 01:30 DünyaBanqkokda Taylandın Baş naziri Prayut Çan-Oça və onun hökumətinin pandemiya siyasəti əleyhinə etiraz aksiyası keçirilib.
"RİA Novosti" xəbər verir ki, aksiyanın özəlliyi onun avtomobillərlə keçirilməsidir.
Şəhər küçələrinə axışan sürücülər səs siqnallarından istifadə etməklə və yüksək sürətlə hərəkət etməklə öz etirazlarını bildiriblər.
Nümayişçilərdən bəziləri avtomobil və motosiklllərlə Baş nazirin iqamətgahı qarşısına toplaşıb. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31