Türkiyədə yanğından zərər çəkən 800-dən çox xəstə evə buraxılıb
1 Avqust 2021 20:01 DünyaTürkiyədəki yanğınlardan indiyədək 864 nəfər zərər çəkərək xəstəxanaya yerləşdirilib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün tvitter səhifəsində yazıb.
Nazir bildirib ki, hazırda onların 27-si xəstəxana şəraitində müalicə olunur:
"Marmaris və Bodrumdakı 203 nəfər yanğının təsirinə məruz qalıb, 186-sı müalicə olunaraq evə buraxılıb. Mersindəki yangının təsirindən 154 nəfər xəstəxanaya yerləşdirilib və hazırda müalicələri bitib, evə buraxılıb. Manavgatdakı yanğından isə 507 nəfər zərər görüb, 497-si müalicə olunaraq xəstəxanadan buraxılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31