Fransada etiraz aksiyalarında 76 nəfər saxlanılıb
Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları şənbə günü ölkədə sanitar keçidlərə qarşı etiraz aksiyalarında 76 nəfəri saxlayıb
1 Avqust 2021 19:26 DünyaFransanın hüquq-mühafizə orqanlarının əməkdaşları şənbə günü ölkədə sanitar keçidlərə qarşı etiraz aksiyalarında 76 nəfəri saxlayıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, təkcə paytaxt Parisdə 26 etirazçı saxlanılıb.
Paytaxtda saxlanılanlar arasında iki azyaşlı da var. Etirazçılar xüsusən polisə qarşı zorakılığa görə nəzarətə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31