Azərbaycan sabah Türkiyəyə helikopter göndərəcək
Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün sabah helikopter göndərəcək
1 Avqust 2021 03:40 DünyaAzərbaycan Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün sabah helikopter göndərəcək.
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
"Sabah səhər bizim bir helikopteri də meşə yanğınlarının baş verdiyi hadisə yerinə tərəf uçuş edəcək və günün sonunda hadisə yerində yanğınla mübarizəyə başlayacaq" - deyə nazir müavini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31