Türkiyədəki yanğın bölgəsinə ezam olunmuş azərbaycanlı jurnalist xəstəxanaya yerləşdirilib - FOTO
“APA TV”nin Türkiyənin yanğın bölgəsinə ezam olunmuş əməkdaşı Xəqani Hüseynov xəstəxanaya yerləşdirilib
31 İyul 2021 19:44 Dünya"APA TV"nin Türkiyənin yanğın bölgəsinə ezam olunmuş əməkdaşı Xəqani Hüseynov xəstəxanaya yerləşdirilib.
O, yanğın bölgəsində tüstüdən zəhərlənib.
X.Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra Marmaris Dövlət Xəstəxanasına yerləşdirilib.
Ondan qan nümunəsi götürülüb və ilkin diaqnoz olaraq tüstüdən zəhərləndiyi təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31