Əfqanıstanda BMT-nin qərargahına hücum olub: Ölən və yaralananlar var
30 İyul 2021 23:43 DünyaƏfqanıstanın Herat şəhərində BMT-nin yerli qərargahına hücum olub.
Binanın artilleriya və qumbaraatanlardan atəşə tutulması nəticəsində onu mühafizə edən əfqan polisinin bir əməkdaşı ölüb, bir neçəsi isə yaralanıb.
BMT təşkilatın Əfqanıstan missiyasına edilən hücumu qəti şəkildə pisləyib və günahkarların tezliklə müəyyənləşdirilərək cəzalandırılmasının vacibliyini vurğulayıb.
Həmçinin, gün ərzində Heratda "Taliban" yaraqlıları ilə hökumət qüvvələri arasında döyüşlərin getdiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31