Türkiyənin turizmdən gəlirləri üç milyard dolları ötüb
İlin ilk altı ayı ərzində Türkiyənin turizmdən əldə etdiyi gəlirlər 3 milyard 628 milyon dollar təşkil edib
30 İyul 2021 22:51 Dünyaİlin ilk altı ayı ərzində Türkiyənin turizmdən əldə etdiyi gəlirlər 3 milyard 628 milyon dollar təşkil edib.
Bu barədə "Anadolu" agentliyi ölkənin statistika idarəsinə istinadən məlumat yayıb.
Məlumata əsasən, gəlirlərin 73.1%-i xarici vətəndaşlar, 26.9%-i isə xarici ölkələrdən gələn Türkiyə vətəndaşlarının hesabına əldə olunub.
Turistlərin adambaşına düşən ortalama xərcləri isə 57 dollar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31