Ukrayna ordusunda ilk dəfə qadın komandan təyin olunub

Ukrayna Silahlı Qüvvələrinin tibbi qüvvələr komandanı vəzifəsinə Tatyana Ostaşenko təyin olunub

Ukrayna Silahlı Qüvvələrinin tibbi qüvvələr komandanı vəzifəsinə Tatyana Ostaşenko təyin olunub.

Müdafiə naziri Andriy Taran bu barədə məlumat verərək tarixdə ilk dəfə ölkə ordusunda bir qadının komandan təyin olunduğunu qeyd edib.

"Yeni sistemə əsaslanan silahlı qüvvələr yaradılması istiqamətində irəliləyirik. NATO prinsiplərinə uyğun aparılan islahatlar sayəsində artıq qadınlar da kişilərlə bərabər hərbi xidmət keçmək imkanı qazanıblar" - deyə nazir vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31