Futbolçuları daşıyan avtobus partladılıb, 4 nəfər ölüb

Somalinin Kismayo şəhərində futbolçuları daşıyan avtobus partladılıb

Somalinin Kismayo şəhərində futbolçuları daşıyan avtobus partladılıb.

"Report"un SNTV-yə istinadən məlumatına görə, terror hadisəsi nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Partlayışa yola qoyulmuş partlayıcı maddənin işə salınması səbəb olduğu iddia edilir.

Hələlik hadisənin səbəbi açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31