Türkiyədə meşə yanğınlarını törədən şəxslər “iş başında” yaxalandı – ANBAAN VİDEO
Türkiyənin Antalya vilayətinin Manavqat şəhərinin ərazisində meşə yanğınları törədən şəxslərin görüntüləri yayılıb.
30 İyul 2021 10:24 DünyaTürkiyənin Antalya vilayətinin Manavqat şəhərinin ərazisində meşə yanğınları törədən şəxslərin görüntüləri yayılıb.
Olaylar.az xəbər verir ki, görüntülər pilotsuz uçuş aparatı vasitəsi ilə təsbit edilib.
Videoda aydın görünür ki, iki nəfər meşə ərazisində quru otlara od vuraraq ərazidən sürətlə uzaqlaşırlar.
Hadisəni törədən şəxslərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə dünəndən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində dörd nəfər ölüb, onlarla ev, iaşə obyektləri yararsız vəziyyətə düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31