Türkiyədəki kütləvi yanğınlardan ölüm sayı 4-ə yüksəlib
Türkiyənin Muğla rayonunda baş verən yanğında bir nəfər ölüb
29 İyul 2021 23:29 DünyaTürkiyənin Muğla rayonunda baş verən yanğında bir nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün "twıtter" səhifəsində yazıb.
Marmaris rayonunun Bələdiyyə sədri Mehmet Oktay bildirib ki, hazırda ölüm hadisəsi baş verən İçmeler mərkəzindəki yaşayış məntəqələrində təhlükə yoxdur, amma yanğın Bozburun yarımadasına doğru davam edir.
M.Oktay yanğının təxribat ehtimalı ilə törədildiyi ehtimalının böyük olduğunu bildirib.
Qeyd edək ki, Türkiyədə dünəndən davam edən kütləvi yanğınlarda ümumilikdə 4 nəfər ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31