Kubada son iki həftə ərzində 6 yüksək rütbəli hərbçi ölüb
Onların arasında keçən əsrin 50-ci illərində Fulxensio Batista rejiminə qarşı mübarizənin iştirakçılarından olan Gilberto Antonio Kardero da var
29 İyul 2021 22:30 DünyaKubada son iki həftə ərzində 6 yüksək rütbəli hərbçi ölüb.
APA xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.
Onların arasında keçən əsrin 50-ci illərində Fulxensio Batista rejiminə qarşı mübarizənin iştirakçılarından olan Gilberto Antonio Kardero da var.
Hərbçinin yandırıldığı bildirilsə də, ölüm səbəbi barədə məlumat verilməyib.
Kardero 1957-ci ildə inqilabi qüvvələrə qoşularaq Raul Kastronun rəhbərliyi altında döyüşüb.
Qeyd edək ki, bundan başqa, iyulun 18-dən etibarən daha 5 yüksək rütbəli öldüyü rəsmən açıqlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31