Ərdoğan: Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib

Türkiyə hakimiyyəti bütün qüvvələrini ölkədəki meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edib

Türkiyə hakimiyyəti bütün qüvvələrini ölkədəki meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edib.

Türkiyə mediası  xəbər verir ki, bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Türkiyə hakimiyyəti bütün imkanlarını meşə yanğınlarının qarşısının alınmasına və söndürülməsinə səfərbər edib", - prezident qeyd edib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın isə meşə yanğınlarını milli fəlakət adlandırıb. O, qeyd edib ki, ölkənin bütün qurumları əlaqəli şəkildə yanğınla böyük bir mübarizə aparır. Prokurorluq orqanları yanğınların səbəblərini hərtərəfli araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31