Ermənistanda bir qrup şəxs valyuta mübadiləsi məntəqəsinə basqın edib

Ermənistanın paytaxtı Yerevanın mərkəzində valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub

Ermənistanın paytaxtı Yerevanın mərkəzində valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

Ermənistan mediası  xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"İyulun 29-da bir neçə nəfər zorla Yerevanın Amiryan küçəsində kreditlərin verilməsi və valyuta mübadiləsi məntəqəsinə girib və qumbara ilə hədələyərək, əməkdaşlardan pul tələb ediblər. Onlar müqavimətlə qarşılaşaraq, qaçmağa üz qoyublar", - komitənin saytında deyilir.

"Hadisə yerində cinayətkarlardan birinin maskası və döyüş qumbarası aşkarlanıb. Zərərçəkmiş və şahidlər də daxil olmaqla, bir neçə nəfərin ifadəsi alınıb. Ekspertiza təyin edilib", - komitədə bildiriblər.

Qeyd edilir ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb. Cinayətkarları 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31