Ermənistan təhsili böhran içində

“44 günlük müharibədə Azərbaycanın qazandığı möhtəşəm qələbə Ermənistana bütün sahələrdə olduğu kimi, təhsil sistemində də öldürücü zərbə vurub.

"44 günlük müharibədə Azərbaycanın qazandığı möhtəşəm qələbə Ermənistana bütün sahələrdə olduğu kimi, təhsil sistemində də öldürücü zərbə vurub. Belə ki, bu il ali məktəblərə keçirilən tələbə qəbulunun nəticələrinə görə 15 min yer boş qalıb. Müqayisə üçün belə bir fakt maraqlıdır ki, ötən il ali məktəblərdə 12 min 250 yer boş qalmışdı. Bir ildə bu fərq 2 min 750 nəfər təşkil edir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, belə vəziyyətin yaranmasının bir neçə səbəbi vardır: "Birincisi,  Azərbaycanın qazandığı tarixi qələbədən sonra heç bir gələcəyi olmayan Ermənistandan əhali, xüsusən gənclər kütləvi şəkildə köçüb gedirlər. Ölkə boşalır. İkincisi, Ermənistanda mövcud olan keyfiyyətsiz təhsil sistemi uçurumun içindədir.  Təhsil eksperti Atom Mxitaryan "Sputnik Armeniya"ya verdiyi müsahibəsində bu vəziyyəti "biz dövlətçiliyimiz itiririk" kimi qiymətləndirib. Hələ bu, harasıdır. Bir neçə ildən sonra heç ordu sıralarını da doldura bilməyəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31