Antalyada meşə yanğını baş verib
Türkiyənin Antalya şəhərində meşə yanğını qeydə alınıb
28 İyul 2021 18:49 DünyaTürkiyənin Antalya şəhərində meşə yanğını qeydə alınıb.
Bu barədə yerli TRT telekanalı məlumat verib.
Yanğına güclü isti səbəb olub. Güclü külək yanğının sürətlə yayılmasına şərait yaradıb. Antalya rəhbərliyi bunun indiyədək baş vermiş ən böyük yanğın olduğunu bildirib.
Yanğının turizm obyektləri üçün təhlükə törətmədiyi qeyd edilib.
Baş vermiş yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.
Kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli hadisə yerinə yollanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31