Almaniyada partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var

Almaniyanın Leverkuzen şəhərində “Currenta” şirkətinin kimyəvi sənaye müəssisəsində baş verən partlayış nəticəsində 31 nəfər xəsarət alıb.

Almaniyanın Leverkuzen şəhərində "Currenta" şirkətinin kimyəvi sənaye müəssisəsində baş verən partlayış nəticəsində 31 nəfər xəsarət alıb.

Bu barədə "Suddeutsche Zeitung" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, partlayış zamanı 2 nəfər həlak olub. Daha əvvəl isə 5 nəfərin itkin düşməsi barədə məlumat yayılıb.

Leverkuzen polisi maksimal təhlükə elan edib, yerli sakinlərə evlərinin qapı və pəncərələrini açmağı, küçəyə çıxmağı qadağan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31