Kolumbiya prezidenti: Venesuela terrorizmə himayədarlıq edir

Kolumbiya prezidenti İvan Duke rəsmi Karakası terror qruplaşmalarına yardım göstərməkdə ittiham edib

Kolumbiya prezidenti İvan Duke rəsmi Karakası terror qruplaşmalarına yardım göstərməkdə ittiham edib.

Bu barədə dövlət başçısı özünün tvitterdəki hesabında çıxışında deyib.

“Caliber” almanların Qarabağda törətdiyi ekoloji cinayətlər barədə - VİDEO

O bildirib ki, ABŞ Venesuelanı terrorizmin sponsoru olan ölkələr siyahısına daxil edə bilər.

"Ərazilərində (terrorçulara) sığınacaq verən ölkələr var, bunu edə bildiklərini açıq şəkildə elan edənlər var. Tamamilə inkaredilməz hallar görürük. Məsələn, 33-cü silahlı qrup Venesuelanın mühafizəsi altındadır. İvan Markes, Romanya, Pais Venesueladadır, həmçinin Antonio Qarsia və Pablito başqaları da. Şübhəsiz ki, Venesuelanın diktator rejiminin bu razılığı, ABŞ-ı (bu ölkəni-red) terrorizmin sponsoru elan etməsinə layidir", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31