Hulusi Akarın təyyarəsi təcili qəza enişi etdi
İçərisində Türkiyənin müdafiə naziri Hulusi Akarın olduğu təyyarə qəza enişi edib
26 İyul 2021 20:51 Dünyaİçərisində Türkiyənin müdafiə naziri Hulusi Akarın olduğu təyyarə qəza enişi edib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata əsasən, nazir və bir sıra yüksək rütbəli hərbçiləri daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinə aid təyyarə uçuş zamanı quşla toqquşub. Toqquşma nəticəsində təyyarənin pəncərəsində çatlar əmələ gəlib.
Qəza səbəbindən təyyarə Adanadakı hərbi aerodroma təcili eniş etmək məcburiyyətində qalıb. İnsident nəticəsində nazir və digər hərbçilərlə bağlı heç bir problemin yaşanmadığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31