Tokio-2020: Triatlonçular faciədən son anda xilas oldular
Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilər arasında triatlon yarışları xoşagəlməz hadisə ilə başlayıb
26 İyul 2021 13:51 DünyaTokio-2020 Yay Olimpiya Oyunlarında kişilər arasında triatlon yarışları xoşagəlməz hadisə ilə başlayıb.
Buna idmançıların yanlış startı səbəb olub.
Triatlonçular səhvən irəli üzdükdən sonra katerlər faciəyə səbəb ola biləcək təhlükəli manevrlər ediblər. Xoşbəxtlikdən, idmançılardan heç biri xəsarət almayıb. Bir neçə saniyədən sonra isə hakimlərdən ibarət heyət idmançıları starta qaytarmaq üçün onlara çatmağı bacarıb.
Qeyd edək ki, Azərbaycanı triatlonda Rostislav Pevtsov təmsil edib. O, 1 saat 50 dəqiqə 46
saniyəlik nəticə ilə 41-ci yeri tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31