İsrail BƏƏ-yə ilk səfirini təyin edib
İsrail XİN Birləşmiş Ərəb Əmirliklərinə ilk səfir təyinatını həyata keçirib
25 İyul 2021 23:48 Dünyaİsrail XİN Birləşmiş Ərəb Əmirliklərinə ilk səfir təyinatını həyata keçirib.
Bu barədə "The Times of Israel" məlumat yayıb.
Məlumata əsasən, Amir Hayek ölkənin BƏƏ-dəki səfiri vəzifəsinə təyinat alıb.
O, Sənaye, Ticarət və Əmək Nazirliyinin Baş direktoru, İsrail İstehsalçılar Assosiasiyası və İsrail Mehmanxana Assosiasiyasının rəhbəri olub.
Qeyd edək ki, hazırda İsraili BƏƏ-də müvəqqəti olaraq Eytan Nae təmsil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31