Qadınlar arasında Olimpiadada iştirak sayı üzrə dünya rekordçusu karyerasını başa vurdu
Tapanca atıcılığı üzrə Olimpiya çempionu Nino Salukvadze idmançı karyerasını başa vurduğunu açıqlayıb
25 İyul 2021 21:50 DünyaTapanca atıcılığı üzrə Olimpiya çempionu Nino Salukvadze idmançı karyerasını başa vurduğunu açıqlayıb.
TASS xəbər verir ki, 52 yaşlı gürcü atıcı pnevmatik tapancadan atəş üzrə təsnifat yarışlarında uğursuz çıxışından sonra bu qərara gəlib.
Salukvadze bundan sonra məşqçi kimi karyerasını davam etdirə biləcəyini də vurğulayıb.
Qeyd edək ki, Gürcüstan təmsilçisi qadınlar arasında Olimpiadalarda ən çox iştirak edən idmançıdır. O, indiyədək 9 analoji turnirə qatılıb və 1988-ci ildə Olimpiya çempionu adını qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31