Numan Kurtulmuş Azərbaycana gəlir

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş iyulun 26-da Azərbaycana səfərə gələcək. Türkiyənin Azərbaycandakı səfirliyindən "OLAYLAR"-a bildirilib ki, Numan Kurtulmuş ilk olaraq Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edəcək, Türk Şəhidliyinin  Şərəf Kitabını imzalayacaq. Daha sonra Numan Kurtulmuşun Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqovla görüşü olacaq. 

Günün ikinci yarısında isə türkiyəli qonaq Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31