Britaniyanın səhiyyə naziri koronavirusdan sağalıb

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş Britaniyanın səhiyyə naziri Sajid Javid xəstəlikdən sağalıb

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş Britaniyanın səhiyyə naziri Sajid Javid xəstəlikdən sağalıb.

Səhiyyə naziri bu barədə "Twitter"də bildirib.

"COVID-19 analizinin nəticəsi müsbət çıxdıqdan bir həftə sonra tamamilə sağalmışam. Uğurlu peyvəndə görə xəstəliyin simptomları yüngül oldu",- deyə o qeyd edib.

Britaniyanın səhiyyə naziri vətəndaşları peyvənd olunmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31