Tokio-2020: Daha bir idmançı koronavirusa yoluxdu

Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Almaniya velosipedçisi Simon Geşkedə koronavirus aşkarlanıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Almaniya velosipedçisi Simon Geşkedə koronavirus aşkarlanıb.

Bu barədə Almaniya Olimpiya Komitəsinin rəsmi saytı xəbər yayıb. Digər 12 velosipedçinin analiz nəticəsi isə mənfi çıxıb.

Bu, Almaniya yığmasında koronavirusa ilk yoluxma halıdır.

Qeyd edək ki, olimpiadada son sutka ərzində 19 nəfər virusa yoluxub. Ümumi yoluxma sayı isə 110-dur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31